Cümə, 10 May

Şahin Seyidzadə "Azəriqaz"a nə məqsədlə təşəkkür edir?

image

İyunun 11-də Milli Məclisin növbədən kənar sessiyasında Milli məclisin deputatı Şahin Seyidzadə çıxış edib. O öz çıxışında vətəndaşlardan daxil olmuş müraciətlərə əsasən Abşeron və Qobustan seçki dairəsi ərazisində qismən və ya tam qazlaşmayan yaşayış məntəqələrində problemlərin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib. 

“Belə ki, bu problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət edilmiş və İstehsalat Birliyi tərəfindən Qobustan rayonu üzrə Təsi kəndi, Abşeron rayonu üzrə isə Novxanı kəndi və Ceyranbatan, Güzdək, Qobu, Saray qəsəbələrində yerləşən 326 evin 2021-ci ilin planına daxil edilməsi ilə bağlı məlumat verilmişdir.  Vətəndaşların ünvanladığı problemlərə həssas və çevik yanaşaraq həllində göstərdilkləri səylərə görə “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri cənab Ruslan Əliyevə və birliyin heyyətinə öz təşəkkürümü bildirirəm”, deyə deputat məlumat verib.

İlk öncə cənab deputata xatırlatmaq istərdik ki, sadladığı problemlərin həlli birbaşa “Azəriqaz”-ın rəhbəri Ruslan Əliyevin səlahiyyətində olan məsələdir. Bu problemlərin həll olunması və çatışmazlıqların aradan qaldırılması da “Azəriqaz”-ın birbaşa vəzifəsidir. Heç kimə öz vəzifəsini icra etdiyi üçün təşəkkür etməyə ehtiyac yoxdur. 

Hər nə qədər inandırıcı görünməsə də Şahin Seyidzadə deyəsən “Azəriqaz”ın öz vəzifə borcunu yerinə yetirmək üçün təşəkkürə ehtiyac duyduğunu düşünür. Müvafiq dövlət qurumundan öz vəzifəsinin icrasını tələb etmək yerinə xahiş-minnətə baş vurmaq, əvəzində isə təşəkkür etmək anlaşılmaz olduğu qədər, həm də uğursuz davranışdır. Millət vəkilini bu cür davranışa imza atmağa vadar edən səbəblər isə həqiqətən maraqlıdır.

Görəsən, oxşar problemlərin həll olunması üçün bizlər də "Azəriqaz"a təşəkkür etməliyikmi? 
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32